Simvolik uğursuzluq…

Tarixən indiki Azərbaycan ərazisində olan torpaqları itirməklə bu müstəvidə olan geniş torpaqlarımız getdikcə kiçilmiş və bu günkü gün az ölçülü torpaqlarla məhdudlaşmışdır. Əgər Azərbaycan adı altında ilk dəfə yaranmış Cümhuriyyətimizlə tarixə qədəmimizi düşünsək, onda bu şanlı ölkəmizin də sadəcə 23 ay yaşadığını, nəhayət 1991-ci ildə yenidən müstəqil olan respublikamızın isə ərazilər itirməsi ilə bərpasını hər birimiz yaxşı bilirik. Bu tarixi uğursuzluğumuzu simvollaşdırsaq necə?

azerbaijan_grunge_flag_by_syndikata_np-d5jyxke

Aypara əks təsvir olunmuşdur

Herhaldika elmi 9 əsr bundan öncəyə təsadüf edir və Anglo-Norman sözü olan “herald” sözü olub mənası, “ordu başçısı” kimi tərcümə olunub. Lakin tarixən heraldika elm olaraq “tarixin stenoqrafiyası” və ya “tarix baxçasının güllü sərhədi” mənasını daşımışdır.[1] Mənasından göründüyü kimi, gerblər haqqında elm, məhz ölkənin tarixini, yaşını, nüfuzunu, hətta gələcəyinin belə təsvirini özündə ehtiva edir.

Bizim bayrağımızda aypara “C” hərfi formasındadır. Ay fazalarında bu formada olan ay, batan aydır. Simvolik mənası təslim olmaq, səssizlik, yenidən doğuluş üçün zaman, sönmə, azalma, məhv olma mənasındadır. [2]

Digər mənada batan ay ölçüdə kiçilmək, qovulmaq, sürgün olmaq, təslim olmaq, buraxmaq, əks-zidd mənalarındadır.

Herhaldika elmi mənası qeyd edildiyi kimi, tarixin stenoqrafiyasıdır. Nəyə görə biz batan və azalan ayı özümüzə simvol seçib bayrağımıza həkk etmişik? Ayparanın simvolik tarixi Misir, Mesopotamiyaya qədər uzanmasına baxmayaraq, bu gün İslam dinli dövlətlər aypara ilə tanındığından ayparanı istifadə etmək olar. Lakin, əgər bu simvolika qalarsa, işarə əks tərəfi tutmalıdır. Bayrağımızdakı aypara deyil, onun əksi olan aypara, ay fazasında yeni doğulmuş, böyüyən, inkişaf edən, işıq saçan, genişlənən mənasındadır.[3] Biz məhz daima böyüyən genişlənən ayparanı bayrağımızın simvoluna çevirməliyik. Bizə tanış bu aypara altında heç bir ölkə genişlənməyib. Azalıb və zəifləyib. Bizi və Türkiyəni misal götürsək. Biz artıq illərlədi genişlənmək əvəzinə kiçilirik. Türiyə də həmçinin, Osmanlı torpaqlarından təkcə Anadolu ilə məhdudlaşıb və bu gün də kürdlər Kürdüstan dövləti yaratmaq istəyi ilə Türkiyəyə ərazisinə hədə törədirlər. Təkcə ərazi deyil ümumi inkişafdan danışsaq, onda nə biz nə digər “C” hərfi fomasında olan aypara simvolikalı ölkələrdə inkişaf yoxdur. Zəifdirlər, sosial-güc sıfır səviyyədədir, təhsil, səhiyyə, ümumilikdə bir millət və ölkəyə xas nə varsa, heç bir sahədə uğur və böyümə demək olar ki, yox səviyyəsindədir.

Əks aypara işarəsi bu gün təkcə Türkmənistan, Mavritaniya və Qərbi Sahara Laouyne müsəlman respublikalarının bayraqlarına həkk olmuşdur. Müsəlman olmayıb ayparası olan respublikalardan yeganə Cənubi Karolina Respublikasnın (ABŞ) bayrağıdır.[4]

Azərbaycanın 1920-1921-ci illər ərzində Sovet Sosialist Respublikası olan zaman təkcə ilk bayrağında aypara əks tərəfə baxır. Lakin bir il keçəndən sonra bayraq tamamilə dəyişdirilmişdir.[5] Bayrağın qəfil  dəyişilməsi tam bilinməsədə, onun ayparasının əks tərəfə olmaqla ilk dəfə işarələnməsi, kimlərəsə çox yaxşı məlum olub.

Aypara simvolu İslam dininə bağlanılır. İslam dini öz təsirini yaydıqdan və yayıldığı torpaqlarda möhkəmləndikdən sonra, onun dəyərləri artıq öz təsirini yavaş-yavaş tayfa, ittifaq, birlik və dövlətlərdə göstərməyə başladı.

İslamda aypara işarəsi haqqda məlumata Qurani Kərimdə Bəqərə surəsi 189- cu ayədə (2:189) rast gəlinir: (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız![6]

Hətta Müdəssir surəsi 32- ci ayədə (74:32), aya and belə içilir: Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;

Bundan savayı ay haqqında Ənam (6:77-96), Fussilət (41:37), Tövbə (9:36) surələrində məlumatlara rast gəlmək olar.[7]

Bayraq hər bir millətin mübarizə göstəricisidir. Bayraq danışıqlarda, döyüş meydanlarında tanınma rəmzidir. Hər bir xalq yaşadıqca onun bayrağı da onun əzminə uyğun dalğalanır. Üçrəngli bayrağımız bizi ifadə etdiyindən, ona diqqət sonsuz olmalıdır və əgər onun işarəsi bizim zəifliyimizi göstərirsə, o işarə dəyişilməlidir.

[1] https://en.wikipedia.org/wiki/Heraldry

[2] http://www.whats-your-sign.com/symbolic-moon-facts.html

[3] http://www.thewhitegoddess.co.uk/moon_phases/waxing_moon.asp

[4] http://www.crwflags.com/fotw/flags/us-sc_cr.html#crescent

[5] http://www.moderator.az/news/60965.html

[6] http://quran.arasdiraq.com/

[7] http://islam.worldofislam.info/index.php/islam/68-the-holy-quran/855-what-the-quran-says-about-moon-

Advertisements

2 thoughts on “Simvolik uğursuzluq…

  1. Pingback: Simvolik uğursuzluq… – Alternativ Düşüncə

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s